Bahar Muradova: “Azərbaycanda hər bir vətəndaş sərbəst toplaşmaq hüququndan istifadə edə bilər”

Bahar Muradova: “Azərbaycanda hər bir vətəndaş sərbəst toplaşmaq hüququndan istifadə edə bilər”
# 04 may 2012 12:46 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Azərbaycanda hər bir vətəndaş sərbəst toplaşmaq hüququndan istifadə edə bilər. Bu qanunun onlara verdiyi hüquqdur. Sadəcə, bu hüquq qanun çərçivəsində reallaşdırılmalıdır”. APA-nın xəbərinə görə, bu fikirləri YAP-ın rəsmi saytına Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
B. Muradova bildirib ki, müxalifət partiyalarının son vaxtlar keçirdiyi mitinqlər də bu hüququn reallaşmasıdır. Onun sözlərinə görə, əgər qarşı tərəf qanun çərçivəsində addımlar atacaqsa, bundan sonra da sərbəst toplaşmaq məsələsində heç bir problem olmayacaq: “Hökumət qanunun icrası istiqamətində öz üzərinə düşən vəzifələri bundan sonra da yerinə yetirəcək. Amma müxalifətin bu mitinqlərinə ictimai dəstəyin olub-olmaması isə başqa məsələdir. Bütün ictimaiyyət onların imkanının nəyə çatdığının şahidi oldu”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR