Bank Of Baku

Sentyabrın 5-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Sentyabrın 5-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək
# 04 sentyabr 2008 11:44 (UTC +04:00)
Bakı-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 5-də Tərtər rayonun Qapanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Key və İrci Aberle keçirəcəklər. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Ancey Kasprçik və onun səhra köməkçiləri Antal Herdiç və Vladimir Çountulov keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR