Bank Of Baku

ASDP-nin X qurultayının vaxtı dəqiqləşib

ASDP-nin X qurultayının vaxtı dəqiqləşib
# 04 sentyabr 2008 12:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) X qurultayı sentyabrın 27-də keçiriləcək. ASDP həmsədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, qurultayda təşkilatı məsələlərə baxılacaq, yeni rəhbərlik formalaşdırılacaq. A. Əlizadə prezident seçkisi ilə bağlı məsələnin qurultayın gündəliyə salınmayacağını da qeyd edib. Onun sözlərinə görə, partiya bu məsələ ilə əlaqədar öz mövqeyinə aydınlıq gətirib.

Qeyd edək ki, ASDP 1991-ci ildə yaradılıb. İlk illərdə quruma Araz və Zərdüşt Əlizadə qardaşları həmsədrlik ediblər. 2001-ci ildə Zərdüşt Əlizadə ASDP-dən uzaqlaşıb. Partiyanın sonuncu qurultayı isə 2003-cü il avqustun 27-də keçirilib. Həmin qurultayda partiyaya Ayaz Mütəllibov və Araz Əlizadə həmsədr seçiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR