Bank Of Baku

Azərbaycanda iki nəfər prezidentliyə namizədliyini geri götürüb

Azərbaycanda iki nəfər prezidentliyə namizədliyini geri götürüb
# 04 sentyabr 2008 14:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə öz namizədliyini irəli sürən şəxslərin 2-si namizədliyini geri götürüb. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, “Mədəniyyət” qəzetinin məsləhətçisi Teymur Quliyev Cənubi Qafqazda vəziyyətin mürəkkəbləşdiyini əsas gətirərək öz namizədliyini geri götürməsi ilə bağlı MSK-ya ərizə təqdim edib. Digər şəxs - Təhsil Nazirliyinin elmi-metodik jurnalının şöbə redaktoru Fikrət Əhədov isə namizədliyin qeydə alınması üçün tələb olunan 40 min imzanı toplaya bilmədiyindən bu addımı atıb. Hər iki ərizəyə baxıldıqdan sonra MSK adıçəkilən şəxslərin namizədliyinin ləğv olunması barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR