Bank Of Baku

Azərbaycan prezidenti FHN-in müəssisələrində çalışan mülki işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti FHN-in müəssisələrində çalışan mülki işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb
# 04 sentyabr 2008 17:16 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti Fövqəladə Hallar Nazirliyinin (FHN) tabeliyində olan müəssisələrdə çalışan mülki işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, FHN-in tabeliyində olan müəssisələrdə çalışan mülki işçilər, şəhər (rayon) icra hakimiyyətlərinin tabeliyində olan səfərbərlik ehtiyatları anbarlarında və ehtiyat idarəetmə məntəqələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2008-ci il sentyabrın 1-dən orta hesabla 25 faiz artırılıb.

Prezidentin digər sərəncamı ilə kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları da 2008-ci il sentyabrın 1-dən orta hesabla 25 faiz artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR