Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
# 05 sentyabr 2008 07:29 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 4-də saat 11.10-dan 11.20-dək fasilələrlə Ermənistan Respublikası İcevan rayonunun Azatamut və Berkaber kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli və Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini, saat 20.25-dən 21.45-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonunun Çinari kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, sentyabrın 4-də saat 17.00-dan 17.20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR