Bank Of Baku

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
# 05 sentyabr 2008 09:17 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Tərtər rayonun Qapanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilib. Tərtər rayon İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, saat 11-dən 12-dək davam edən monitorinq insidentsiz başa çatıb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və İrci Aberle, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Antal Herdiç və Vladimir Çountulov izləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR