Bank Of Baku

Demokratik Seçki Mərkəzi fəaliyyətinə fasilə verib

Demokratik Seçki Mərkəzi fəaliyyətinə fasilə verib
# 05 sentyabr 2008 11:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Demokratik Seçki Mərkəzinin (DSM) toplantısı keçirilib. Açıq Cəmiyyət Partiyasının (ACP) sədr müavini Yaqub Abbasov APA-ya bildirib ki, yığıncaqda seçki prosesi bitənə qədər mərkəzin fəaliyyətində fasilə elan edilib: “DSM üzvlərindən üçü prezidentliyə namizədliyini irəli sürüb. Bir hissəsi isə seçkidə iştirak etməmək qənaətinə gəlib”. Y. Abbasov deyib ki, toplantıda müxalifətin geniş formatda əməkdaşlığının yaradılmasının zəruriliyi vurğulanıb.

DSM Cənubi Qafqazda baş verən son proseslərə də münasibət bildirib. Mərkəz Gürcüstanın ərazi bütövlüyünün dəstəkləyib. Yığıncaqda ölkədəki ictimai-siyasi proseslər də müzakirə mövzusu olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR