Bank Of Baku

İsa Qəmbər: “Yeni əməkdaşlıq mərkəzinin yaranmasına baxmayaraq, “Dördlər” formatının saxlanmasında maraqlıyıq”

İsa Qəmbər: “Yeni əməkdaşlıq mərkəzinin yaranmasına baxmayaraq, “Dördlər” formatının saxlanmasında maraqlıyıq”
# 05 sentyabr 2008 12:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaranmasına baxmayaraq, biz “dördlər” formatının saxlanmasında maraqlıyıq”. APA-nın məlumatına görə, bunu “dördlər”də təmsil olunan Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib. Onun sözlərinə görə, “dördlər” rəsmi bir qurum deyil, sadəcə məsləhətləşmə mərkəzidir: “Məsləhətləşmə də dünyada ən az ziyanlı ola biləcək bir məsələdir. Əgər dördlərdə təmsil olunan ADP və AMİP də bu formatın davam etdirilməsində maraqlı olacaqlarsa, biz formatın saxlanmasında bir problem görmürük”. Qeyd edək ki, “dördlər” formatında Müsavat Partiyası, ADP, AMİP və “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR