Bank Of Baku

Lalə Şövkət: “Müxalifətdə yeni qüvvələrin meydana çıxması barədə fikirlər ciddi deyil”

Lalə Şövkət: “Müxalifətdə yeni qüvvələrin meydana çıxması barədə fikirlər ciddi deyil”
# 05 sentyabr 2008 13:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Son vaxtlar müxalifətin yeniləşməsi, yeni qüvvələrin ortaya çıxması ilə bağlı fikirlər səslənir. Bu fikirləri ciddi və düşünülmüş fikir hesab etmirəm”. APA-nın məlumatına görə, bu fikirləri Milli Birlik Hərəkatının lideri Lalə Şövkət deyib. Onun sözlərinə görə, yeni qüvvələrin ortaya çıxması süni şəkildə baş verməməlidir: “İndi meydan boşdur. Biz seçkiyə qatılmırıq və meydan tamamilə boş qalıb. Həmin o yeni qüvvələr gəlsinlər, ortaya çıxsınlar, özlərini göstərsinlər. Biz həmin yeni qüvvələri dəvət edirik, hamımız onlara dəstək verməyə hazırıq. Amma bu gün evində rahat oturan, öz karyerasından imtina etməyən, döyülməyən, həbs olunmayan şəxslərin durub böyük-böyük “müxalifətin getmək vaxtıdır” deməsi qeyri-ciddilikdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR