Bank Of Baku

Demokratiya Uğrunda İttifaq müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılmasını parçalanma kimi dəyərləndirib

Demokratiya Uğrunda İttifaq müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılmasını parçalanma kimi dəyərləndirib
# 05 sentyabr 2008 13:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Demokratiya Uğrunda İttifaq (DUİ) müxalifət düşərgəsindəki son proseslərlə bağlı bəyanat verib. DUİ-dən APA-ya verilən məlumata görə, bəyanatda müxalifətin yeni əməkdaşlıq mərkəzinin bu formatda yaradılması parçalanma kimi dəyərləndirilib: “Müxalif bir sıra qüvvələrinin bu cür qeyri-konstruktiv reallığa söykənməyən mövqeyi müxalifəti prezident seçkilərindən kənarda qoydu. Bu, Azərbaycana təsir imkanları arayan mərkəzlərin işinə yaramaqdan başqa bir şey deyil”. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya bildirib ki, müxalifətin yeni əməkdaşlıq mərkəzinin bu formatda yaradılmasını doğru hesab etməyib: “Bu tərkib yetərli deyil və cəmiyyətdə də, “bu insanlar həmin işləri görməlidir” qənaətini bölüşənlər azdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR