Bank Of Baku

Azərbaycan prezidenti Şamaxı rəsədxanasının yenidən qurulmasına 5 milyon manat ayırıb

Azərbaycan prezidenti Şamaxı rəsədxanasının yenidən qurulmasına 5 milyon manat ayırıb
# 05 sentyabr 2008 17:21 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncamla rəsədxananın yenidən qurulmasını təmin etmək, maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması məqsədilə təxirəsalınmaz tədbirlər görülməsi üçün 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılıb.

Şamaxı Astrofizika Rəsədxanasında aparılacaq əsaslı təmir-tikinti işlərinin müasir standartlara uyğun, yüksək keyfiyyətlə həyata keçirilməsini, zəruri avadanlıq və texnikanın alınması üçün müvafiq tədbirlərin görülməsini təmin etmək AMEA-ya tapşırılıb. Rəsədxananın elektrik enerjisi, təbii qaz və su ilə etibarlı təminatı üçün zəruri tədbirləri “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə rəsədxananın telefonlaşdırılmasını və sürətli internet şəbəkəsinə qoşulmasını təmin etməlidir.

Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Şamaxı Astrofizika Rəsədxanasının ətraf ərazilərinin təbii landşaftının qorunması və xüsusi mühafizə zolağının yaradılması üçün müvafiq tədbirlər görmək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub. Maliyyə Nazirliyi isə lazımi vəsaitin Azərbaycan Milli Elmlər Akademiyasının hesabına köçürülməsini təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR