Bank Of Baku

QAT üzvləri Abdullah Gülün Ermənistan səfərinə etiraz olaraq Türkiyə səfirliyi önündə aksiya keçiriblər

QAT üzvləri Abdullah Gülün Ermənistan səfərinə etiraz olaraq Türkiyə səfirliyi önündə aksiya keçiriblər
# 06 sentyabr 2008 12:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfərinə etiraz olaraq bu gün Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. APA-nın məlumatına görə, QAT üzvləri əllərində “Gül+Sərkisyan=?” sözləri yazılmış plakatlar tutaraq səfirlik binasına yaxınlaşıblar. Təxminin 10 dəqiqə ərzində səfirlik binasının qarşısında aksiya keçirilib, şüarlar səsləndirilib. QAT-ın hazırladığı müraciət səfirlik nümayəndəsinə təqdim olunub. Səfirliyə təqdim olunmuş müraciətdə ermənilərin türklərə qarşı həyata keçirdiyi terror hadisələri və soyqrımlar sadalanıb və Türkiyə rəhbərliyindən öz siyasətinə yenidən baxılması tələb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR