Bank Of Baku

Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 08 sentyabr 2008 07:55 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 7-də saat 18.45-dən 18.50-dək və sentyabrın 8-də saat 04.20-dan 04.35-dək Ermənistan Respublikası Noyanberyan və Berd rayonlarının Voskepar, Çinari kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Əskipara və Tovuz rayonun Koxa Nəbi kəndləri ərazisində yerləşən mövqelərini, sentyabrın 7-də saat 19.12-dən 19.17-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR