Bank Of Baku

Abdulla Gül: “Sarkisyanla Dağlıq Qarabağ məsələsini ətraflı müzakirə etdik”

Abdulla Gül: “Sarkisyanla Dağlıq Qarabağ məsələsini ətraflı müzakirə etdik”
# 08 sentyabr 2008 08:09 (UTC +04:00)
“Sarkisyan məni matça dəvət edərək bir addım atdı. Dəvəti qəbul etməsəydim, bütün dünya “cəsarətləri çatmadı” deyəcəkdi”. Abdulla Gül Serj Sarkisyanla görüşündə Dağlıq Qarabağ məsələsini ətraflı müzakirə etdiklərini deyib: “Doğrusu, Qarabağ problemini bu qədər geniş və detallı müzakirə edəcəyimizi gözləmirdim. Bu problem əvvəl-axır həll ediləcək, amma bunun üçün 20-30 il itirmək olmaz. Hazırkı konyuktur münaqişənin həlli üçün əlverişlidir”. Türkiyə prezidenti söhbət boyunca uydurma “soyqırım” və sərhədlərin açılması məsələlərinə toxunmadıqlarını söyləyib. O, qarşılıqlı dialoqa rəsmən başlamaq qərarına gəldiklərini də açıqlayıb. A. Gül yaxın vaxtlarda Azərbaycana da səfər edəcəyini əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR