Bank Of Baku

ASDP Mərkəzi Komitəsinin Büro üzvü Elşən Manafov partiya sıralarından xaric edilib

ASDP Mərkəzi Komitəsinin Büro üzvü Elşən Manafov partiya sıralarından xaric edilib
# 08 sentyabr 2008 09:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) Mərkəzi Komitəsinin Büro üzvü Elşən Manafov partiya sıralarından azad edilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, MK-nın ötən gün keçirilən iclasında E. Manafovun son vaxtlar mətbuatda partiya rəhbərliyinə qarşı çıxışları müzakirə edilib. İclasda E. Manafovun qərəzli şəkildə mətbuat səhifələrinə müxtəlif məsələlər çıxardığı, partiya rəhbərliyinin ictimai nüfuzuna xələl gətirməyə cəhd etdiyi, onun bu hərəkətinin etik davranış normalarına uyğun gəlmədiyi bildirilib. Mərkəzi Komitə onun partiyadan çıxarılması barədə qərar qəbul edib. İclasda həmçinin, partiyanın növbəti qurultayının sentyabrın 27-də keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR