Bank Of Baku

ADP seçkiləri boykot edən partiyaların birgə bəyanatla çıxış etməsini səhv addım sayır

ADP seçkiləri boykot edən partiyaların birgə bəyanatla çıxış etməsini səhv addım sayır
# 08 sentyabr 2008 12:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyasının (ADP)
Bakı rayon təşkilatlarının sədrlərinin iştirakı ilə bu gün partiya rəhbərliyinin genişləndirilmiş iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Azərbaycana və digər GUAM üzvü olan ölkələrə, Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfəri, Cənubi Qafqaz regionunda baş verən son hadisələr müzakirə edilib.

İclasda Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri və bunun fonunda bir neçə müxalifət partiyasının birgə bəyanatla çıxış etməsinə diqqət yetirilib. ADP rəhbərliyi hesab edir ki, bir neçə müxalifət partiyasının seçkilərin nəticəsini əvvəlcədən tanımamaqla bağlı yaydığı bəyanat dövlət müstəqilliyimizə qarşı təhlükələrin artdığı və bu cür addımların ənənəvi olaraq demokratik vəziyyətin daha da pisləşməsinə gətirib çıxardığını bir məqamda səhv addımdır.

Partiyaların bu addımının müxalifətin gələcək strateji və ciddi əməkdaşlıq imkanlarına ziyan vurduğu da bildirilib. İclasda, həmçinin, partiya rəhbərliyinə müxalifətin real və strateji maraqlar ətrafında inteqrasiyasına nail olmaq üçün səylərin davam etdirilməsi tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR