Bank Of Baku

Bakıda Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyasının 8-ci iclası keçirilir

Bakıda Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyasının 8-ci iclası keçirilir
# 08 sentyabr 2008 12:27 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Bakıda Azərbaycan və Özbəkistan iqtisadi əməkdaşlıq üzə hökumətlərarası komissiyasının 8-ci iclası keçirilir. Özbəkistanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bununla əlaqədar Özbəkistan baş nazirinin müavini Xanov Nadorxonun rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti Bakıya gəlib. İclas Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycan səfəri ərəfəsində keçirilir. İclasın sonunda yekun protokol imzalanacaq. Qeyd edək ki, hökumətlərarası komissiyaya Azərbaycan tərəfdən baş nazirin birinci müavini Yaqub Eyyubov sədrlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR