Bank Of Baku

İran azərbaycanlılarının hüquqlarının müdafiəsi uğrunda hərəkatın fəallarından biri ilə bağlı məhkəmə prosesi keçirilib

İran azərbaycanlılarının hüquqlarının müdafiəsi uğrunda hərəkatın fəallarından biri ilə bağlı məhkəmə prosesi keçirilib
# 08 sentyabr 2008 15:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İran azərbaycanlılarının hüquqlarının müdafiəsi uğrunda hərəkatın fəallarından olan Şahnaz Qulami barəsində məhkəmə prosesi keçirilib. Dünya Azərbaycanlıları Konqresindən (DAK) APA-ya verilən məlumata görə, ötən həftə Təbriz İnqilab Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı Ş. Qulamiyə qarşı yeni ittihamlar səsləndirib. O, dövlət quruluşuna qarşı təbliğat aparmaqda, ölkə rəhbərlərini, o cümlədən İran prezidenti Mahmud Əhmədinejadı təhqir etməkdə və bir sıra etiraz aksiyalarında iştirakda günahlandırılıb. Ş. Qulami isə ona qarşı qaldırılan ittihamları rədd edib. Qapalı keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsi vəkil Məhəmmədəli Dadxah müdafiə edib. Məhkəmənin növbəti iclasının vaxtı haqda isə məlumat verilməyib. Qeyd edək ki, Ş. Qulami siyasi fəaliyyətinə görə 1999-cu ildən 2003-cü ilədək həbsdə olub. 2006-cı ildə isə o, “İran” qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq keçirilən aksiyalarda iştirakına görə bir ay həbsdə saxlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR