Bank Of Baku

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən ali təhsil müəssisələrində çalışanların maaşları 50 faiz artırılıb

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən ali təhsil müəssisələrində çalışanların maaşları 50 faiz artırılıb
# 08 sentyabr 2008 16:21 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev ali təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 2008-ci il sentyabrın 15-dən orta hesabla 50 faiz artırılıb. Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının, habelə elmi-pedaqoji stajları və həmin müəssisədə təhsil alan tələbələrin sayı ilə əlaqələndirilmiş vəzifə maaşlarına əlavələrin məbləğlərini təsdiq etsin, dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin ümumi dərs yükünün optimallaşdırılması ilə əlaqədar müvafiq tədbirlər görsün.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR