Bank Of Baku

Əli Əliyev: “Müxalifətin əməkdaşlıq mərkəzi seçkilərin təbliğat-təşviqat mərhələsində kütləvi aksiyalar keçirəcək”

Əli Əliyev: “Müxalifətin əməkdaşlıq mərkəzi seçkilərin təbliğat-təşviqat mərhələsində kütləvi aksiyalar keçirəcək”
# 09 sentyabr 2008 10:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Müxalifətin əməkdaşlıq mərkəzi prezident seçkilərinin təbliğat - təşviqat mərhələsində əks təbliğat mitinqləri keçirəcək”. Bu fikirləri APA-ya açıqlamasında müxalifətin əməkdaşlıq mərkəzinin üzvü olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, aksiyalara icazə verilməsə, bu zaman mərkəz üzvləri etirazın başqa formasını axtaracaqlar: “Hazırda mərkəzin üzvü olan partiyalar öz daxilində müzakirələr aparır və birgə toplantı üçün təkliflər hazırlanır. Yəqin ki, bizim ilk toplantımızda müəyyən qərarlar olacaq”. İcazəsiz aksiyalarda ciddi problemlərlə üzləşdiklərini deyən Ə. Əliyev öz tərəfdarlarını dəyənək qarşısına vermək fikrində olmadıqlarını vurğulayıb: “Nə qədər ki, cəmiyyətdə süstlük hökm sürür, yalnız partiyaların hesabına mitinqlər keçirmək mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR