Bank Of Baku

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının iclası keçirilib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının iclası keçirilib
# 09 sentyabr 2008 14:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının payız sessiyası ərəfəsində ilk iclası keçirilib. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda 13 məsələ müzakirə olunub. Komissiya üzvləri əvvəlcə Azərbaycan və Ukrayna Prezidentləri Şurasının Nizamnaməsini və Azərbaycanla Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamənin layihəsini müzakirə ediblər. Bundan sonra Azərbaycan hökuməti ilə Türkmənistan, İordaniya, İndoneziya və Koreya hökumətləri arasında beynəlxalq avtomobil əlaqələri, beynəlxalq kombinə edilmiş yük daşımaları, standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması, sərmayələrin qarşılıqlı təşviqi və qorunması, diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi sahələrində beynəlxalq sənədlərin təsdiq edilməsi, o cümlədən “Əlillərin hüquqları haqqında” Konvensiyaya və onun Fakültativ Protokoluna qoşulmaq barəsində sənədlərin layihəsi müzakirəyə çıxarılıb. Çıxış edən komissiya üzvləri bu beynəlxalq sənədlərə qoşulmağın Azərbaycan üçün əhəmiyyətindən danışıblar. Müzakirə olunan məsələlərin hamısı Milli Məclisin iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR