Bank Of Baku

Dik Çeyni: “Biz ərazi bütövlüyü prinsipinə hörmət göstərilməsində israrlıyıq”

Dik Çeyni: “Biz ərazi bütövlüyü prinsipinə hörmət göstərilməsində israrlıyıq”
# 09 sentyabr 2008 16:11 (UTC +04:00)
“Bu torpaqlar bir vaxtlar totalitar imperiyanın hakimiyyəti altında olub. Lakin indi həmin torpaqlarda öz inkişaf kursuna malik olan və dünya ictimaiyyətinə inamla inteqrasiya edən müstəqil dövlətlər mövcuddur”.

D. Çeyni çıxışında Rusiyanı kəskin tənqid edib: “Gürcüstanda Rusiyanın hərbi müdaxiləsi ilə başlayan son hadisələr bizim dərindən inandığımız bəzi prinsiplərə ziddir. Rusiyanın hərbi qüvvələri müstəqil dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozub, ölkədaxili münaqişəni qızışdırıb, günahsız dinc sakinləri qətlə yetirib və on minlərlə insanı öz evlərindən didərgin salıb. Bütün bunlar demokratik şəkildə seçilmiş hakimiyyətə malik olan və Qərbə tərəf istiqamət götürmüş dövlətə qarşı aparılıb. Birləşmiş Ştatlar və Avropanın bir çox ölkələri açıq bəyan etdilər ki, Rusiyanın atdığı addımlar sivil standartlara uyğun deyil və tamamilə qəbuledilməzdir. Rusiyanın Cənubi Osetiyanı və Abxaziyanı müstəqil dövlət kimi tanıması regiondakı vəziyyəti daha da pisləşdirib”.

D. Çeyni bildirib ki, son hadisələr Rusiyanın daha böyük məqsədləri barədə narahatlıqları artırıb: “Qonşu ölkəyə qarşı qəddarlıq Rusiya hökumətinin narahatlıq törədən hərəkətlərinin ardıcıllığında sadəcə, sonuncusudur. Orta Asiyada, Qafqazda və digər regionlarda Rusiya enerji mənbələrindən manipulyasiya və güc aləti kimi istifadə olunmasını davam etdirir. Təəssüflər olsun ki, Rusiya liderləri azad fəaliyyət göstərən hökumətləri və demokratik dəyərləri öz ölkələrinin maraqları üçün təhlükə hesab edirlər. Sovet İttifaqının keçmiş xarici işlər naziri Eduard Şevardnadze deyib: "Rusiyanın məqsədi imperiyanı və sovet dövründə malik olduğu nüfuzunu bərpa etməkdir." Baş nazir Putin isə birbaşa bəyan edib ki, Sovet İttifaqının süqutu iyirminci əsrin ən böyük geosiyasi fəlakətidir".

ABŞ-ın vitse-prezidenti bildirib ki, hər hansı ölkəyə birtərəfli şəkildə digər ölkənin sərhədlərini dəyişmək imkanı verilsə o, bunu gələcəkdə yenə edəcək: “Biz bilirik ki, əgər Avropada yeni sərhəd xətlərinin çəkilməsinə icazə verilsə, həmin xətt gələcəkdə yenə çəkiləcək. Biz ərazi bütövlüyü prinsipinə hörmət göstərilməsində israrlıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR