Bank Of Baku

Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir

Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir
# 10 sentyabr 2008 10:29 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Türkiyənin NTV telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Əli Babacan deyib. O, erməni həmkarı Eduard Nalbandyanla görüşündə bu təklifi irəli sürdüyünü və təklifin qəbul olunduğunu bildirib. Ə. Babacan Azərbaycanın xarici işlər naziri ilə də bu mövzunu müzakirə edəcəyini və bundan sonra məsələnin dəqiqləşəcəyini söyləyib. Nazir Ermənistanla Türkiyə arasındakı danışıqların intensivləşdirilməsi barədə razılığa gəldiklərini də söyləyib. O, erməni diasporası ilə Ermənistan hökumətinin mövqeyinin, baxışlarının fərqləndiyini, varlı diaspora nümayəndələrinin Ermənistanın yaşadığı problemlərdən və çətinliklərdən uzaq olduğunu vurğulayıb. Ə. Babacanın fikrincə, iki tərəf arasında münasibətlərin düzəlməsindən sonra uydurma “erməni soyqırımı” məsələsi tədricən gündəmdən çıxa bilər, amma hələlik bu barədə danışmaq tezdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR