Bank Of Baku

Qüdrət Həsənquliyev: “İsa Qəmbərlə Əli Kərimlinin səmimi şəkildə bir yerdə olması qeyri-mümkündür”

Qüdrət Həsənquliyev: “İsa Qəmbərlə Əli Kərimlinin səmimi şəkildə bir yerdə olması qeyri-mümkündür”
# 10 sentyabr 2008 13:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “İsa Qəmbərlə Əli Kərimlinin səmimi şəkildə bir yerdə olması qeyri-mümkündür. Artıq Əli Kərimli ilə İsa Qəmbərin birlikdə neçə sənədə imza atdıqlarının sayını da yaddan çıxarmışam. Onlar dəfələrlə bir-birinin ünvanına kəskin ittihamlar səsləndiriblər”. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev APA-ya bildirib ki, müxalifətin əməkdaşlıq mərkəzinin perspektivinə və bu qurumun təsis olunması ilə bağlı sənədə imza atan bəzi partiyaların səmimiliyinə inanmır. Onun sözlərinə görə, AXCP ilə Müsavat Partiyasının birgə fəaliyyəti qeyri-mümkündür: “Əli Kərimli parlamentə getməməsi ilə bağlı 2000-ci ildə bir sənədə imza atdı. Amma hamının qarşısında imzasından imtina etdi və parlamentdəki 5 yerlə qane oldu. 2005-ci ildə isə həmin addımı Müsavat Partiyası atdı və “Azadlıq” blokundan çıxaraq parlamentə getdi”. Q. Həsənquliyev əlavə edib ki, artıq AXCP dağılıb və sonuncu qurultayda seçilən Məclis və İdarə Heyətinin üzvlərindən əksəriyyəti partiyanı tərk ediblər. Onun sözlərinə görə, artıq xarici qüvvələr və beynəlxalq təşkilatlar da AXCP-yə yardım etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR