Bank Of Baku

Etibar Məmmədov Con Makkeynlə görüşüb

Etibar Məmmədov Con Makkeynlə görüşüb
# 10 sentyabr 2008 13:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov ABŞ-a səfərdən qayıdıb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ABŞ-ın Respublikaçılar Partiyasının qurultayına qatılan E. Məmmədov səfər çərçivəsində bir sıra görüşlər keçirib. E. Məmmədov qurultayın gedişində respublikaçıların prezidentliyə namizədi, senator Con Makkeynlə bir araya gəlib. Həm bu, həm də ABŞ-ın digər siyasətçiləri ilə görüşlərdə əsas müzakirə mövzusu Qafqaz regionundakı son durum və Dağlıq Qarabağ problemi, Azərbaycandan dünya bazarına enerji daşıyıcılarının sərbəst axınını əngəlləyən hallara qarşı birgə fəaliyyət məsələləri olub.

Səfərdə AMİP liderini partiyanın baş katibi Fuad Muxtarov və Siyasi Şura üzvü Məhərrəm Həsənov müşayiət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR