Bank Of Baku

Əli Orucov: “AMİP ADP sədri Sərdar Cəlaloğlunun mövqeyini dəstəkləyir”

Əli Orucov: “AMİP ADP sədri Sərdar Cəlaloğlunun mövqeyini dəstəkləyir”
# 10 sentyabr 2008 13:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Azərbaycan Milli İstiqlal Partiyası müxalifətin əməkdaşlıq mərkəzində təmsil olunan partiyaların Azərbaycan Demokrat Partiyasına qarşı hücumlarını haqsız hesab edir. Biz ADP sədri Sərdar Cəlaloğlunun mövqeyini dəstəkləyirik”. Bu açıqlamanı APA-ya AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov verib. Onun sözlərinə görə, seçkinin nəticələri məlum olmadığı halda beş müxalifət təşkilatının bir araya gəlib nəticələri tanımamaqla bağlı bəyanat imzalamasına ehtiyac yox idi: “Regional məsələləri, hazırkı geosiyasi vəziyyəti analiz edib bir qədər ehtiyatlı addımlar atmaq lazım idi. ADP reallığı düzgün qiymətləndirərək, bu bəyanatı doğru hesab etməyib. Qarşı tərəfin buna sərt mövqe bildirməsi isə anlaşılmır. Buna görə də biz ADP-nin tutduğu mövqeni doğru qiymətləndiririk və bu məsələdə həmin partiya ilə AMİP-in mövqeyi arasında uyğunluq var”. Ə. Orucov müxalifətin əməkdaşlıq mərkəzinin imzaladığı bəyanatın nə seçkilərə, nə də ictimai-siyasi proseslərə heç bir təsirinin olmayacağını qeyd edib. O, həmçinin “dördlər” formatının fəaliyyətinin də sual altına düşdüyünü bildirib. Qeyd edək ki, əməkdaşlıq mərkəzində təmsil olunan Müsavat Partiyası və “Azərbaycan Naminə” İctimai Forum bundan əvvəl ADP və AMİP-lə birgə “dördlər” formatında təmsil olunurdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR