Bank Of Baku

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyədən Ermənistanla əlaqələri kəsməyi tələb etməlidir”

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyədən Ermənistanla əlaqələri kəsməyi tələb etməlidir”
# 10 sentyabr 2008 13:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Abdullah Gülün səfəri zamanı Azərbaycan hökuməti Türkiyə qarşısında öz tələblərini kəskin şəkildə açıqlamalıdır”. APA-nın məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev jurnalistlərə açıqlamasında deyib ki, A. Gülün İrəvana səfərini uğursuz sayır: “ABŞ və Avropa Türkiyənin iqtidar partiyası olan AKP-nin bağlanmaması üçün türk hərbi rəhbərliyinə təzyiqləri oldu. Açıq şəkildə bildirildi ki, AKP bağlanarsa, bu, Türkiyə ilə münasibətlərə təsir göstərəcək. Abdullah Gülün İrəvana getməsi də ABŞ və Avropanın AKP ilə bağlı addımının qarşılığıdır”. Q. Həsənquliyev bildirib ki, indiyə qədər Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı hərbi yardım barədə saziş imzalanmayıb: “Təəssüf ki, müharibə dövründə də Azərbaycan Türkiyədən lazımi dəstək görməyib. Bu barədə açıq şəkildə danışmalıyıq. Ermənistanın bu gün ayaq üstə dayanmasında Türkiyənin günahı var. Türkiyə yük maşınları Gürcüstan vasitəsilə Ermənistana gedir. Azərbaycan çəkinmədən Türkiyə qarşısında Ermənistanla bütün əlaqələr kəsilməsi tələbini qoymalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR