Bank Of Baku

Türkiyə və Azərbaycanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Türkiyə və Azərbaycanın xarici işlər nazirləri arasında telefon danışığı olub
# 10 sentyabr 2008 14:16 (UTC +04:00)
Ankara – APA. Bu gün Türkiyə və Azərbaycanın xarici işlər nazirləri Əli Babacan və Elmar Məmmədyarov arasında telefon danışığı olub. APA-nın məlumatına görə, bunu jurnalistlər üçün brifinq keçirən Türkiyə XİN-in sözçüsü Burak Özügərgin bildirib. O, Ə. Babacanın E. Məmmədyarova telefon edərək Qafqazda yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi apardığını söyləyib. Türkiyəli nazir Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanla apardığı danışıqlar və prezident Abdulla Gülün Ermənistana səfəri barədə azərbaycanlı həmkarına məlumat verib. O, Türkiyənin hər zaman Azərbaycanı dəstəkləyəcəyini təkrarlayıb. XİN-in sözçüsü deyib ki, E. Məmmədyarov Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda üçtərəfli görüş keçirməsi barədə təklifə müsbət yanaşıb. Bu məsələ ilə bağlı müzakirələr davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR