Bank Of Baku

Milli Məclisin İnsan hüquqları daimi komissiyasının iclası keçirilib

Milli Məclisin İnsan hüquqları daimi komissiyasının iclası keçirilib
# 10 sentyabr 2008 15:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin İnsan hüquqları daimi komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə olunub. Komissiyanın sədri Rəbiyyət Aslanova deyib ki, layihəyə əsasən 9 qanunvericilik aktına, o cümlədən “Dövlət sərhədi haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək miqrasiyası haqqında” qanunlara tibbi xarakterli, ölkədə 30 gündən artıq yaşamaq istəyən əcnəbilərə verilmiş xüsusi sənədlər, habelə onların aktiv statusunun dəyişdirilməsi, Azərbaycanda əmək fəaliyyətlərini həyata keçirmək üçün fərdi icazə almış əcnəbilər haqqında məlumatlara dair müddəalar daxil edilib.

İclasda “Əmək Məcəlləsinə əlavələr edilməsi haqqında” qanun layihəsinə də baxılıb. Müzakirə zamanı məcəllədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsi, eləcə də işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri barədə maddələrə təklif olunan düzəlişlər müsbət dəyərləndirilib. Hər iki sənəd parlamentin payız sessiyasının müzakirəsinə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR