Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
# 11 sentyabr 2008 07:22 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 10-da saat 14.45-dən 15.00-dək və 23.00-dan 23.20-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 08.20-də Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.30-dan 11.45-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.10-dan 16.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.15-dən 18.20-dək Füzuli rayonunun Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.20-dən 23.40-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR