Bank Of Baku

«Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində tədbirlər keçiriləcək

«Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində tədbirlər keçiriləcək
# 11 sentyabr 2008 07:27 (UTC +04:00)
Bakı-APA. NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində bu gün Belçikanın Brüssel şəhərində VERİTY İnformasiya mübadiləsi üzrə seminar başlayacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, proqram çərçivəsində sentyabrın 15-də İsveçrənin Cenevrə şəhərində Qanunlara Hörmət etməklə missiyanın başa çatdırılması mövzusunda kurs start götürəcək. Həmin gün Almaniyanın Oberammerqau şəhərində «NATO Qərargah Zabitləri üçün tanışlıq» kursu başlanacaq. 15-25 sentyabr tarixlərində isə Belçikanın Brüssel və Mons şəhərlərində tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR