Bank Of Baku

Abdulla Gül: “Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çəkilməyə meyllidir”

Abdulla Gül: “Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çəkilməyə meyllidir”
# 11 sentyabr 2008 08:17 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, A. Gül Türkiyənin Dağlıq Qarabağla bağlı siyasətinin dəyişmədiyini deyib: “Azərilər narahat olmamalıdır. Türkiyə bu günə qədər öz maraqlarını qurban verərək Azərbaycanın mübarizəsinə dəstək verib. Biz türk millətinin parçalarıyıq”. A. Gül Ermənistan səfərinə Türkiyə və Azərbaycanda səslənən tənqidləri hörmətlə qarşıladığını bildirib: “Əgər bunun nəticəsində problemin həllinə nail olacağıqsa, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqsa, bu səfər önəmli deyilmi? İrəvana yaxşı ki, getdim. Sarkisyanla görüşümüzdə Qafqazdakı vəziyyət, Azərbaycanla Ermənistan arasındakı problemlər və Dağlıq Qarabağ məsələsinə daha çox vaxt ayırdıq”. Türkiyə prezidentinin sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanla olan problemlərin həllini istəyir: “Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çəkilməyə meyllidir. Sarkisyanla görüşdə bunu hiss etdim Təbii ki, qaçqınlar dönəcək, işğal bitəcək.”. A. Gül azərbaycanlı həmkarı İlham Əliyevin mövqeyindən çox məmnun qaldığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR