Bank Of Baku

ASDP Mərkəzi Komitəsinin Büro üzvü: “Partiyada parçalanma var”

ASDP Mərkəzi Komitəsinin Büro üzvü: “Partiyada parçalanma var”
# 11 sentyabr 2008 09:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycan Sosial Demokrat Partiyasında parçalanma var və bunu inkar etmək olmaz”. Bunu APA-ya açıqlamasında partiya Mərkəzi Komitəsinin Büro üzvü Nəzakət Rüstəmova deyib. Lakin o, partiyadakı narazılığın günahını bütünlüklə Araz Əlizadədə axtarmağı düzgün hesab etmir.

N. Rüstəmova ASDP-də partiyanın həmsədri Ayaz Mütəllibovun mövqeyini dəstəklədiyini vurğulayıb: “Hər partiyada problemlər olur. Mən bu təşkilata Ayaz Mütəllibova görə gəlmişəm. 15 ildir, Ayaz Mütəllibovun arxasınca gedirəm. Ayaz Mütəllibov ASDP-ni tərk etsə və başqa partiya yaratsa, yenə onun yanında olacağam”.

O, A. Mütəllibovun partiyada islahatlara ehtiyac olduğu haqda dediklərini dəstəklədiyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR