Bank Of Baku

Bakıda “Yeni təhlükəsizlik mühitində qadın siyasətçilərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Yeni təhlükəsizlik mühitində qadın siyasətçilərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilir
# 11 sentyabr 2008 10:07 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransın açılışında YAP Siyasi Şurasının üzvü Məlahət Həsənova Azərbaycan birinci xanımı Mehriban Əliyevanın tədbir iştirakçılarına müraciətini oxuyub.

Daha sonra mövzu ətrafında çıxış edən M. Həsənova qadınların siyasi idarəetmədə təmsilçiliyinin yeni minillikdə daha da zəruri olduğunu bildirib: “Bu gün sülh mədəniyyətinin və dözümlülüyün millətlər arasında vərdişə, adət-ənənəyə çevrilməsində, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqda qadınların rolundan, xüsusilə siyasətçi qadınların potensialından yetərincə istifadə olunmalıdır. Artıq dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları öz fəaliyyətlərində sülhün qorunması, sabitlik, davamlı inkişaf və qeyri-zorakılıq konsepsiyasını əsas götürülər”.

Konfransda çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova Azərbaycanın dünyanın təhlükəsizlik sisteminə öz töhfəsini verdiyini deyib. Vitse-spiker bu beynəlxalq konfransın əhəmiyyətini vurğulayaraq yekunda dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət qəbul oluna biləcəyini deyib.

Tədbirdə bir sıra ölkələrin Azərbaycandakı diplomatik korpuslarının təmsilçiləri, beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələn qonaqlar çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR