Bank Of Baku

Milli Məclisin vitse-spikeri Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşüb

Milli Məclisin vitse-spikeri Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşüb
# 12 sentyabr 2008 13:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclis sədrinin müavini Bahar Muradova “Yeni təhlükəsizlik mühitində qadın siyasətçilərin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşüb. Milli Məclisdən APA-ya verilən məlumata görə, vitse-spiker 14 Milli Məclis üzvünün, həmçinin 2 komissiya sədrinin qadın olduğunu deyib. B. Muradova yeni təhlükəsizlik mühitində qarşıda duran vəzifələrin yerinə yetirilməsində qadınların qüvvəsindən maksimum bəhrələnməyin vacibliyini vurğulayaraq bu istiqamətdə Azərbaycan parlamentinin vitse-spikeri kimi əlindən gələni etməyə hazır olduğunu diqqətə çatdırıb. Qonaqlar təmsil etdikləri ölkələrlə Azərbaycan arasında mövcud münasibətlərdən razılıqla danışıb, parlamentlərarası əlaqələrin genişlənməsi üçün qarşılıqlı səfərlərin intensivləşməsinin vacibliyini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR