Bank Of Baku

Azərbaycanda aspirant və tələbələrin təqaüdləri artırılıb

Azərbaycanda aspirant və tələbələrin təqaüdləri artırılıb
# 12 sentyabr 2008 16:51 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan aspirantlar, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş aylıq təqaüdlər artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilib:

- Aspirantlara - 90 manat
- Ali məktəblərdə:
adlı təqaüd alan tələbələrə - 90 manat
magistr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə - 75 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 60 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 40 manat
bakalavr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə - 70 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 55 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 35 manat
- Orta ixtisas məktəblərində:
əla qiymətlərlə oxuyan tələbələrə - 35 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 30 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 25 manat
- Peşə məktəbləri və peşə liseylərinin şagirdlərinə - 25 manat
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR