Bank Of Baku

Sabiq ASDP katibi partiya üzvlərinin sayının şişirdildiyini bildirir

Sabiq ASDP katibi partiya üzvlərinin sayının şişirdildiyini bildirir
# 13 sentyabr 2008 10:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycan Sosial Demokrat Partiyasının onuncu qurultayı qeyri-legitim əsasda keçiriləcək”. Bunu APA-ya açıqlamasında ASDP Mərkəzi Komitəsi Bürosunun keçmiş üzvü və partiyanın sabiq ideoloji katibi Elşən Manafov deyib. O bildirib ki, bu barədə ona partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasındakı mənbə məlumat verib: “Məndə olan məlumata görə, partiyanın əksər rayonlarda partiyanın hesabat-seçki konfransları keçirilməyib. Qurultayda iştirak edəcək şəxslərə veriləcək mandat da saxta olacaq. Fəaliyyət göstərməyən bəzi rayon təşkilatlarından da qondarma nümayəndələr iştirak edəcək”. ASDP-nin üzvlərinin sayına da toxunan E. Manafov rəqəmlərin süni şəkildə şişirdildiyini bildirib: “Partiya üzvlərinin sayının 33 min nəfər olması da yalandır. Əldə olan sənədlərdə göstərilir ki, partiyanın 2700-2800 üzvü var. Onların da böyük əksəriyyəti ölü canlardır”. E. Manafov məsələyə Ədliyyə Nazirliyinin münasibət bildirməsinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR