Bank Of Baku

Çin Kommunist Partiyasının nümayəndə heyəti YAP-ın qonağı olub

Çin Kommunist Partiyasının nümayəndə heyəti YAP-ın qonağı olub
# 15 sentyabr 2008 11:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr naziri Van Çzyajuyun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, YAP-ın dəvəti ilə Bakıda səfərdə olan Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə keçirilən görüşdə ölkələr və partiyalar arasında əlaqələrin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Van Çzyajuy ölkələr arasında diplomatik əlaqələrin yaradılmasından sonra bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyini vurğulayıb. Əli Əhmədov isə prezident seçkilərinə hazırlıqla əlaqədar görülən işlər, partiyanın cəmiyyətdəki və siyasi həyatdakı rolu və mövqeyi barədə qonaqlara ətraflı məlumat verib.

Görüşdə YAP icra katibinin müavinləri Mübariz Qurbanlı, Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, Siyasi Şura üzvləri Eldar İbrahimov və Hadı Rəcəbli də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR