Bank Of Baku

Azərbaycan prezidenti yeni məktəb binasının açılışında iştirak edib

Azərbaycan prezidenti yeni məktəb binasının açılışında iştirak edib
# 15 sentyabr 2008 12:19 (UTC +04:00)
Bakı - APA. Sentyabrın 15-də Bakının Yasamal rayonundakı şəhid Paşa Nəzərov adına 60 nömrəli orta məktəbin yeni binasının açılış mərasimi olub. Mərasimdə prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı müasir standartlara uyğun tikilmiş binanın rəmzi açılışını bildirən lenti kəsib.

Təhsil naziri Misir Mərdanov bildirib ki, prezidentin xüsusi tapşırığı ilə tikilmiş məktəbdə tədris üçün hər cür şərait yaradılıb. 50-dən çox sinif otağından ibarət 840 şagird yerlik məktəbdə hazırda 600 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 60 müəllim məşğul olur.

Dövlət başçısı sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər otağına, bufetə, kiçik və böyük idman zallarına baxıb, tədris prosesi, dərs vəsaitləri ilə maraqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR