Bank Of Baku

Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan təşkilatlar Bakının işğaldan azad edilməsinin 90 illiyi ilə bağlı birgə tədbir keçiriblər

Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan təşkilatlar Bakının işğaldan azad edilməsinin 90 illiyi ilə bağlı birgə tədbir keçiriblər
# 15 sentyabr 2008 13:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan təşkilatlar – Müsavat, Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları və “Azərbaycan Naminə” İctimai Forum Bakının işğaldan azad edilməsinin 90 illik yubileyi ilə bağlı birgə tədbir keçiriblər. APA-nın məlumatına görə, partiya rəhbərləri əvvəlcə Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə toplaşıblar. Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli 1918-ci il hadisələri ilə bağlı çıxış ediblər. Daha sonra mərkəz üzvləri tədbiri Müsavat Partiyasının qərargahında davam etdiriblər. Tədbirə mərkəzdə təmsil olunmayan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da qatılıb. Partiya rəhbərləri ilə bərabər millət vəkili, tarixçi Cəmil Həsənli və digərləri çıxış edərək fikirlərini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR