Bank Of Baku

ADP Bakının işğaldan azad edilməsinin 90 illiyi münasibətilə bəyanat yayıb

ADP Bakının işğaldan azad edilməsinin 90 illiyi münasibətilə bəyanat yayıb
# 15 sentyabr 2008 14:00 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyası (ADP) Azərbaycanın paytaxtından Bakı komissarları Əzizbəyov və Çaparidzenin heykəllərinin götürülməsini tələb edib. Bakının işğaldan azad edilməsinin 90 illiyi ilə bağlı bəyanatla çıxış edən ADP hesab edir ki, bu addım Nuru Paşanın və xilaskar türk əsgərlərinin xatirəsinə hörmət olaraq həyata keçirilməlidir. Partiyanın bəyanatında 90 il öncə Nuru Paşanın başçılığı altında Qafqaz İslam Ordusunun Bakını erməni daşnaklarından, işğalçı ruslardan və digər xarici qəsbkarlardan azad etməsi Azərbaycan dövlətinin və xalqının bugünkü mövcudluğu baxımdan misilsiz tarixi-siyasi əhəmiyyəti olan hadisə kimi qiymətləndirilib. ADP bu tarixi hadisənin dövlət, millət üçün əvəzedilməz hadisə olduğunu bildirib, hakimiyyəti tarixi lazımı səviyyədə dəyərləndirilməyə, Azərbaycan tarixinin bu şanlı səhifəsinin işıqlandırılması və gənc nəslə çatdırılması istiqamətində lazımi işlər görməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR