Bank Of Baku

Dövlət başçısı İlham Əliyev Azərbaycan Prezidentinin ştandartı (bayrağı) haqqında fərman imzalayıb

Dövlət başçısı İlham Əliyev Azərbaycan Prezidentinin ştandartı (bayrağı) haqqında fərman imzalayıb
# 15 sentyabr 2008 16:34 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, fərmanla müəyyən edilib ki, Azərbaycan Prezidentinin ştandartı (bayrağı) Azərbaycan Prezidentinin rəsmi simvoludur. Azərbaycan Prezidentinin ştandartının (bayrağının) etalonu (orijinalı) Azərbaycan Prezidentinin Azərbaycan Respublikasının Prezident sarayında yerləşən xidməti otağında saxlanılır. Azərbaycan Prezidentinin ştandartının (bayrağının) dublikatı Azərbaycan Respublikasının Prezident sarayının və Azərbaycan Respublikası Prezidentinin iqamətgahlarının üzərində, Azərbaycan Respublikasının Prezident sarayında və Azərbaycan Respublikası Prezidentinin iqamətgahlarında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda və otaqlarda, Azərbaycan Respublikası Prezidentinin digər iqamətgahlarda olduğu müddətdə həmin iqamətgahların üzərində, Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilən rəsmi tədbir və digər mərasimlər zamanı həmin tədbirin keçirildiyi binanın üzərində və ya həmin tədbirin keçirildiyi salonda (otaqda), Azərbaycan Respublikası Prezidentinin nəqliyyat vasitələri üzərində qaldırıla (asıla) və ya yerləşdirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR