Bank Of Baku

«Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində tədbirlər keçiriləcək

«Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində tədbirlər keçiriləcək
# 16 sentyabr 2008 07:20 (UTC +04:00)
Bakı-APA. NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində 17-19 sentyabr tarixlərində Belçikanın Brüssel şəhərində Azərbaycanın FTƏP üzrə qiymətləndirilməsinin 26+1 formatında yekun iclası keçiriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, NATO Yanacaq Komitəsinin işçi görüşü 17-19 sentyabrda baş tutacaq. Proqram çərçivəsində Macarıstanın Budapeşt şəhərində Qərargah zabitləri üçün keçiriləcək hərbi terminologiya kursu sentyabrın 22-dən oktyabrın 3-dək davam edəcək. Latviyanın Yurmala şəhərində isə NATO Müdafiə Siyasəti və Strategiyası üzrə SNT konfransı 22-23 sentyabrda baş tutacaq. İtaliyanın Neapol şəhərində Jooperative Mako 2009 və Jooperative Marlin 2009 təlimlərinin ilkin planlaşdırma konfransı 22-24 sentyabrda keçiriləcək. «Quru Qoşunları üzrə Kommunikasiya və İnformasiya Sistemləri» mövzusunda işçi görüşü İspaniyanın Madrid şəhərində 22-25 sentyabrda baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR