Bank Of Baku

Azərbaycanla Almaniya, ABŞ, Qırğızıstan və Türkiyə arasında imzalanan əməkdaşlıq planlarına uyğun olaraq tədbirlər keçiriləcək

Azərbaycanla Almaniya, ABŞ, Qırğızıstan və Türkiyə arasında imzalanan əməkdaşlıq planlarına uyğun olaraq tədbirlər keçiriləcək
# 16 sentyabr 2008 07:42 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq 16-19 sentyabr tarixlərində Raynbax şəhərində Almaniya Federal Silahlı Qüvvələrinin rabitə sistemi ilə tanışlıq-ekspert danışıqları keçiriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycanla ABŞ arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Koalisiya Əməliyyatlarının Hüquqi Tərəfləri mövzusunda konfrans da 16-18 sentyabrda Almaniyanın Qarmiş şəhərində baş tutacaq. Bakı şəhərində partladılmamış döyüş sursatlarının zərərsizləşdirilməsi əməliyyatları mövzusunda seminar 22-26 sentyabrda keçiriləcək. ABŞ Hərbi Mülki Əməliyyatlar Mərkəzinin ekspertlərinin HDQ və Dövlət Sərhəd Xidmətinin nümayəndələrindən ibarət müvafiq işçi qrupunun iclası 22-26 sentyabrda, Çavuş hazırlığı kursu isə 22-27 sentyabrda reallaşacaq.
22-26 sentyabrda isə Azərbaycanla Qırğızıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bişkek şəhərində Hərbi texniki əməkdaşlıq məsələləri üzrə təcrübə mübadiləsi, məsləhətləşmələrin aparılması üzrə ekspertlərin işçi görüşü baş tutacaq. Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq isə Bakıda Azərbaycan Respublikası Hərbi Hava Qüvvələri Mərkəzi Komanda Məntəqəsinin NATO standartlarına uyğun olaraq modernləşdirilməsi və təşkil edilməsi mövzularında danışıqlar sentyabrın 22-də başlanacaq. Ankara şəhərində Eternity 2008 Kompüter Dəstəkli Komanda Qərargah təlimi də həmin gün başlanacaq. Qeyd olunub ki, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR