Bank Of Baku

Həbsdə olan tələbələrin ailə üzvləri baş prokurora müraciət ediblər

Həbsdə olan tələbələrin ailə üzvləri baş prokurora müraciət ediblər
# 16 sentyabr 2008 11:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranda həbs olunan azərbaycanlı tələbələrin ailə üzvləri bu ölkənin baş prokuroruna müraciət ediblər. Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, müraciətdə övladlarının haqsız yerə həbs olunduqlarını bildirən valideynlər onların təcridxanalarda təzyiqlərə məruz qaldıqlarını, vəkil tutulmasına imkan verilmədiyini bildiriblər. Baş prokurordan xahiş edilib ki, səhhətində problem olan tələbələrə tibbi yardım göstərilməsinə şərait yaradılsın.

Müraciət həbsdə olan Təbriz Universitetinin tələbələri Fəraz Zehtab, Aydın Xaceyi, Səccad Radmehr, Mənsur Əmini, Əmir Mərdani, Məqsud Əhd və Məcid Makuyinin ailə üzvləri tərəfindən imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR