Bank Of Baku

“Azad, Şəffaf və Ədalətli Seçkilər” Koalisiyası bir sıra seçki dairələrində monitorinq aparıb

“Azad, Şəffaf və Ədalətli Seçkilər” Koalisiyası bir sıra seçki dairələrində monitorinq aparıb
# 16 sentyabr 2008 13:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azad, Şəffaf və Ədalətli Seçkilər” Koalisiyası (AŞƏS) oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı bir sıra seçki dairələrində monitorinq aparıb. Koalisiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, seçki dairələri və məntəqələrində seçkiyə hazırlıq üçün lazım olan bir sıra tədbirlər həyata keçirilib. 10 saylı Binəqədi üçüncü, 16 saylı Yasamal ikinci, 42 saylı Sumqayıt ikinci, 70 saylı Masallı şəhər, 76 saylı Lənkəran-Astara, 88 saylı Göyçay seçki dairələrində təbliğat plakatları və namizədlərin görüşləri üçün müvafiq yerlər ayrılıb. Bununla bərabər bir sıra dairə və məntəqə seçki komissiyalarında hələ də müxalifətçi üzvlər təyin olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR