Bank Of Baku

AŞ PA missiyası MSK sədri ilə görüş keçirib

AŞ PA missiyası MSK sədri ilə görüş keçirib
# 16 sentyabr 2008 13:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda seçkiqabağı situasiyanın qiymətləndirilməsi üzrə missiyası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçirib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, M. Pənahov AŞ təmsilçilərinə qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər, qeydə alınmış namizədlər, müşahidəçilərin sayı və digər məsələlər barədə məlumat verib. Sentyabrın 17-dən namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start veriləcəyini diqqətə çatdıran MSK sədri İctimai Televiziya və Radio Verilişləri Şirkətinin efirindən, təsisçisi dövlət qurumları olan və ölkənin yarısından çoxunda yayılan rəsmi dövri nəşrlərin səhifələrindən ödənişsiz əsaslarla təbliğat aparılacağını bildirib. O, həmçinin namizədlərin seçicilərlə görüşü və kütləvi tədbirlər keçirmələri üçün bütün şəraitin yaradıldığını bildirib. Nümayəndə heyətinin rəhbəri Andres Herkel isə seçici siyahılarının dəqiqləşdirilməsi və digər məsələlərlə maraqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR