Bank Of Baku

ATƏT-in Müşahidə Missiyasının rəhbəri ADP-nin seçkidə iştirak etməməsinin səbəbləri ilə maraqlanıb

ATƏT-in Müşahidə Missiyasının rəhbəri ADP-nin seçkidə iştirak etməməsinin səbəbləri ilə maraqlanıb
# 16 sentyabr 2008 14:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək seçkiləri Müşahidə Missiyasının rəhbəri Boris Frlets Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə görüş keçirib. ADP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ATƏT rəsmisi partiyanın fəaliyyəti, seçkilərdə iştirak etməməsinin səbəbləri ilə maraqlanıb. ADP sədri isə ölkədəki seçkiqabağı vəziyyətlə bağlı məlumat verərək hazırkı şəraitdə demokratik seçkilərin keçirilməsinin mümkün olmadığını bildirib. O, xalqın seçkilərlə bağlı passiv mövqe tutduğunu, beynəlxalq təşkilatların o, cümlədən Qərbin Azərbaycanda demokratik seçkilərin keçirilməsinə səmimi dəstək vermədiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR