Bank Of Baku

Ziyafət Əsgərov: “Əfqanıstandakı Azərbaycan sülhməramlılarının sayı artırılacaq”

Ziyafət Əsgərov: “Əfqanıstandakı Azərbaycan sülhməramlılarının sayı artırılacaq”
# 16 sentyabr 2008 15:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Xarici ölkələrdə sülhyaratma missiyasını həyata keçirən Azərbaycan qoşunlarının statusu haqqında” qanun layihəsi Mili Məclisdə müzakirə olunacaq. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin 1-ci vitse-spikeri Ziyafət Əsgərov bildirib. Z. Əsgərovun sözlərinə görə, prezident tərəfindən Milli Məclisə göndərilən qanun layihəsinə əsasən, Əfqanıstanda sülhyaratma missiyasını həyata keçirən Azərbaycan hərbçilərinin tərkibində dəyişiklik ediləcək.

Vitse-spiker qeyd edib ki, Əfqanıstanda sülhyaratma missiyasını həyata keçirən taqımın əsgərlərinin sayı artırılacaq. Layihəyə əsasən, Əfqanıstanda 2 taqımın xidmət etməsi nəzərdə tutulub. Layihə sentyabrın 18-də Mili Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komissiyasının iclasında müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR